Məktəbin şagirdinin SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalındakı uğuru
Dekabrın 8-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalının Mükafatlandırma və Bağlanış mərasimi baş tutdu. Məktəbin 4"ç" sinif şagirdi Kövsər Qurban Orxan qızı və 16 N-li THL Texniki Humanitar Liseyin 7"a" sinif şagirdi Səbirə Həsənli "Green Girls" adlı komandaları ilə VidX kateqoriyası üzrə 2 Mükafat - "Attractive Team Award" kuboku və Gümüş Medallara layiq görüldülər. Qalib komandanı STEAM Azərbaycan layihə rəhbəri dəyərli İqrar Nəzərov təltif etdi.