Lütfi Zadənin 100illik yubileyi nə həsr olunmuş açıq dərs

TEAMS platforması üzərində 7b sinif şagirdlərinin iştirakı ilə dünya şöhrətli alim, qeyri- səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, professor Lütfi Zadənin  anadan olmasının 100 illik yubileyinə həsr olunmuş açıq dərs keçirildi.Dərsin məqsədi görkəmli elm xadiminin keçdiyi həyat yolu ilə şagirdləri tanış edib, elm dünyasına verdiyi töhvələr haqqında onları məlumatlandırmaq idi.Müəllimin təqdimatı ilə başlayan dərs şagirdlər tərəfindən hazırlanmış videoçarxların nümayişi ilə davam etdirildi.Məktəbin direktoru Gülnaz xanım Kərimova açıq dərsi canlı izləyərək dərs barəsində fikirlərini dərsi dinləyən müəllimlərlə,eləcə də şagirdlərlə bölüşdü.İxtisasca riyaziyyatçı olan Gülnaz xanım şagirdlərə Lütfi Zadə ilə bağlı maraqlı faktları  açıqladı və sonda dərsin təşkilinə  görə həm fənn müəlliminə həm də şagirdlərə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi