Beynəlxalq İko Matsuşima Karate Kyokşin Kaykan təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən keçirilən Beynəlxalq Kyokşin Karate -do üzrə açıq yarışda I yerlə mükafatlanmış IV sinif şagirdimiz Vəkilova Xədicə Namiq qızını məktəb rəhbərliyi və pedaqoji kollektiv adından təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.
Məktəbin 4ç sinif şagirdi Hüseynzadə Anar Mahir oğlu 30 oktyabr 2022-ci il tarixində keçirilmiş SASMO olimpiadasında (Amerika Riyaziyyat Olimpiadası) III yerin qalibi olmuş və bürünc medala layiq görülmüşdür. Şagirdimizi bu münasibətlə ürəkdən təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.