Məktəbin 2ç sinif şagirdi Qurban Kövsər Almaniya, Türkiyə, KKTC-Şimali Kipr Respublikası və ilk dəfə olaraq Azərbaycanın da qatıldığı 40-cı Beynəlxalq Pınar Uşaq Rəsm müsabiqəsində 12908 iştirakçı arasında 1-ci yerin qalibi oldu. Şagirdimizin rəsmi dünyanın 4 bir tərəfinə göndərilən kataloqların üz qabığında öz əksini tapdı. Kövsər Beynəlxalq qalib Sertifikatı, 1-cilik Medalı, Planşet, Professional Rəsm ləvazimatları və Kataloqlarla mükafatlandırıldı. Şagirdimizi bu münasibətlə məktəb rəhbərliyi, pedaqoji kollektiv adından təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.
"LEAD EDUCATİON Təhsil və İnkişaf Mərkəzi”nin təşkil etdiyi TIMO - Thailand International Math Olympiads "Tailand Beynəlxalq Riyaziyyat Olimpiadası"nın Bakı Gənclər Mərkəzində təltifetmə mərasimi keçirildi. Məktəbin 10b sinif şagirdi Zeynalova Zəhra İlham qızı gümüş medalla təltif olundu. Şagirdimizi bu münasibətlə ürəkdən təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.