Məktəbin 3ç sinif şagirdi Kövsər Qurban Orxan qızı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Dostluğun Sehri" V Beynəlxalq Rəsm müsabiqəsində qalib olmuşdur. Dünya ölkələrindən qatılan 1500 iştirakçı arasında Beynəlxalq Sertifikat və Gümüş medala layiq görülmüşdür. Şagirdimizi bu münasibətlə ürəkdən təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.
İMEC riyaziyyat olimpiadası dünyanın müxtəlif ölkələrində təşkil olunur. Bu beynəlxalq riyaziyyat olimpiadası gənc riyaziyyat sevənləri bir araya toplayır. Ötən il Böyük Britaniyada 38 ölkənin gənc riyaziyyatçıları bir araya yığışmışdılar. Ölkəmiz 1-ci yerə layiq görülmüşdü. Bu il mart ayında ölkəmiz yarışmaya ev sahibi olacaq. 38 ölkənin riyaziyyatçıları paytaxtımızda biliklərini yoxlayacaqlar.
Dekabr ayının 23-də İMEC olimpiadası keçirildi. 1273 şagird olimpiadada iştirak etdi. Məktəbin 5ç sinif şagirdi Hüseynzadə Anar Mahir oğlu isə bu olimpiadada 3-cü yerin qalibi oldu, diplom və medalla təltif edildi.