Məktəbin 4d sinif şagirdi Mustafayev Rafael Elşən oğlu “1-ci BEYNƏLXALQ KUBOK, FULL CONTACT KARATE - WFKU, GRAND PRIX SEIKYOKUSHIN 2023” Dünya Çempionatının 1-ci mərhələsində uğurla iştirak edib. Bu yarışda Azərbaycan, Ukrayna, Latviya, Estoniya, Pakistan, İsrail, ABŞ, Polşa, Avstriya, Macaristan, Almaniya, Bolqarıstan dövlətlərindən nümayəndələr iştirak edirdi. Yarışın təşkilatçısı WFKU təşkilatı idi. 10-11 yaş, 30 kq çəki dərəcəsində mübarizə qatılan Rafael Mustafayevin 1-ci rəqibi Ukraynalı, 2-ci rəqibi Almaniyalı idi. Yarış Polşanın Siedlce şəhərində baş tutub. Şagirdimiz bu möhtəşəm yarışda I yerin qalibi olaraq diplom, medal və kubokla mükafatlandırılmışdır. Biz də məktəbin rəhbərliyi və müəllim kollektivi olaraq öz növbəmizdə qalib şagirdimizi bu yarışda qazandığı uğurları münasibətilə ürəkdən təbrik edir və ona daha böyük uğurlara imza atmasını, məktəbimizin idman şərəfini daha uca zirvələrə qaldırmasını arzu edirik!
Gürcüstanda keçirilən Kyokşin Karate üzrə Beynəlxalq Qafqaz kuboku yarışında məktəbimizin VIII sinif şagirdi Rüfət Hacıyev erməniyə qalib gələrək birinci yerə çıxmışdır. Kubok, qızıl medal və diplomla təltif olunmuş şagirdimizi məktəb rəhbərliyi və pedaqoji kollektivi adından təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.