AMO Amerika Riyaziyyat Olimpiadasının keçirilməsində məqsəd şagirdlərə riyaziyyatla bağlı əsas strategiyaları öyrətmək, məsələlərin sürətli həlli ilə bağlı diqqətlərinin artırılması və Amerikada təqaüdlü təhsil imkanı yaratmaqdır. Amerika Riyaziyyat Olimpiadası (AMO) SIMCC və Cənubi İllinoys Universitetinin (SIU) birgə təşkil etdiyi beynəlxalq riyaziyyat müsabiqəsidir. Bu olimpiada riyaziyyatın əhəmiyyətini və daha dərindən dərk edilməsini təşviq edir. Ən böyük üstünlüklərindən bəziləri şagirdlərin universitet təhsilləri zamanı təqaüd almalarına şərait yaratmaq, Global Scholars Programına və International Junior Honor Society (IJHS)-yə üzvlük qazanma imkanı verməsidir. Bu olimpiada 2-11-ci siniflər arasında hər il sentyabr- oktyabr aylarında keçirilir. Qızıl, gümüş, bürünc medal qazanan şagirdlər hər il iyul ayında keçirilən SIMOC-Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadasına, qızıl və gümüş medalçılar isə, eyni zamanda, hər il dekabr ayında keçirilən STEAM AHEAD olimpiadasına vəsiqə qazanaraq ölkəmizi qlobalda təmsil etmək fürsəti əldə edir.
Məktəbin 6ç sinif şagirdi Mahmud Osman Xəyal oğlu bu müsabiqədə qalib gələrək gümüş medal qazanmışdır. Şagirdimizi bu uğuru münasibətilə pedaqoji və şagird kollektivi adından ürəkdən təbrik edirik.
FERMAT Beynəlxalq Riyaziyyat Olimpiadası dünyanın bir çox ölkələrində riyaziyyat sevən şagirdləri bir araya gətirir. 2 turdan ibarət olan bu yarış ilk tur yerli 2 ci tur isə Vyetnamda təşkil olunur. İlk turda qızıl gümüş, bürünc medal qazanan şagirdlər 2-ci turda iştirak edirlər.
Məktəbin 5ç sinif şagirdi Hüseynzadə Anar Mahir oğlu FERMAT Beynəlxalq Riyaziyyat Olimpiadasında gümüş medal qazanaraq 2-ci tura vəsiqə əldə edib. Şagirdimizi bu yarışda qazandığı uğur münasibətilə ürəkdən təbrik edir və növbəti mərhələdə uğurlar arzulayırıq.