Rüfət Hacıyev Səxavət
Beynəlxalq İko Matsuşima Karate Kyokşin Kaykan təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən keçirilən Beynəlxalq Kyokşin Karate -do üzrə açıq yarışda I yerlə mükafatlanmış VII sinif şagirdimiz Hacıyev Rüfət Səxavət oğlunu məktəb rəhbərliyi və pedaqoji kollektiv adından təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.
Məhəmməd Əsədli Elxan
Məktəbin 8a sinif şagirdi Əsədli Məhəmməd Elxan oğlu Zəfər kurslarının Kimya-biologiya təmayüllü Respublika Liseyində təşkil etdiyi İngiltərə Riyaziyyat Olimpiadasında (Beyin Olimpiada Mərkəzi - 2023) iştirak etmiş və qızıl medal qazanmışdır. Şagirdimizi bu münasibətlə ürəkdən təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.