Məktəbin ingilis dili müəllimi Nərmin Əhmədovanın rəhbərliyi ilə 6d sinif şagirdi Abdullayeva Fidan Sankt-Peterburq şəhərində keçirilən "Uğura addım" adlı məktəblilərın X elmi-praktik beynəlxalq konferensiyaya video zəng ilə qoşulmuşdur. Şagirdimiz "Welcome to Azerbaijan - The Land of Fire" adlı təqdimat ilə çıxış etmiş və diplomla təltif olunmuşdur. Şagirdimizi bu münasibətlə ürəkdən təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.
Məktəbin 3ç sinif şagirdi Kövsər Qurban Orxan qızı TDPV - Türk Dünyası Parlamentərlər Vaqfının təşkil etdiyi Beynəlxalq Ahilik və Ahi Evran Müsabiqəsinin Beynəlxalq rəsm kateqoriyasında qalib olduğu üçün Türkiyənin Azərbaycandakı səfiri Cənab Cahit Bağcı onu Böyükelçilikdə ehtiramla qəbul edib, TDPV adına təltif etdi. Kövsər Qurban Beynəlxalq Sertifikat və Rəqəmsal Grafik Planşetlə mükafatlandırıldı. Bu dəyərli mükafatlar TDPV-nin Yönetim Kurulu Başkanı hörmətli Abdullah Bəy Çalışkan və heyəti tərəfindən göndərilmişdir. Ayrıca Cənab Səfir isə Türkiyə Böyükelçilik adına öz qiymətli hədiyyələrini Kövsərə təqdim etdi. Şagirdimizi bu münasibətlə məktəb rəhbərliyi, pedaqoji kollektiv adından təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.