"Konstitusiya və Suverenlik" ilinə həsr olunmuş tədbir

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə Günel Mustafayevanın təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli ” nə həsr olunmuş tədbir keçirildi. Tədbir hazırlıqlarında Kiçik Akademiyanın üzvləri fəal iştirak etdilər. Tədbirdə məktəbin direktoru Ruhiyyə İbrahimova Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə bağlı şagirdlərə geniş məlumat verdi. Tədbirin uğurlu keçməsində xüsusi dəstəyinə görə məktəbimizin UBTR Aynurə Məmmədovaya və gözəl çıxışlarına görə 8c sinif şagirdi Nəzrin Məmmədovaya, 7c sinif şagirdləri Ayla Quliyevaya, Əli Quluzadəyə, Təbriz Mehdiliyə, 11d sinif şagirdi Ülviyyə Məlikovaya, 5b və 5c sinif şagirdlərinə dərin təşəkkürümüzü bildiririk.