" Türk tarixinə səyahət " adlı bilik yarışı keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilmiş "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində bu gün məktəbimizin tarix müəllimi Quliyeva Şahnaz tərəfindən "Türk tarixinə səyahət" adlı bilik yarışı təşkil edilmişdir. Bilik yarışı məktəbin VIII sinifləri arasında fərdi nominasiyada təşkil edilmişdi. Üç mərhələdən ibarət olan müsabiqədə İsmayılova Elvira l, Əkbərov Röyal II, Məmmədov Həmid isə III yeri tutdular. Sonda qaliblər və iştirakçılar məktəb rəhbərliyi tərəfindən təltif edildi.Şagirdlərimizi təbrik edirik!