Öyrənmə saatı 112- IX

Məktəbin inkişaf planına uyğun olaraq hər həftənin cümə günləri axşam saat 20:00 da “Öyrənmə saatı-112” adı altında müəllimlərin peşəkar inkişafını dəstəkləmək üçün görüş keçirilir.Doqquzuncu görüş “Sinif mühitinin idarə olunması,şagird müəllim münasibətləri" mövzusuna həsr edilib. Məktəbin psixoloqu Səfərova Ülviyyə mövzuya keçmədən öncə beyin həmləsi etdi.Sonra isə görüşün mövzusu ətrafında diskusiya açdı və mövzuya uyğun təqdimat etdi. Sonda yenə də müəllimlər fikir mübadiləsi etdilər. Görüşdə müəllimlər aktivlik nümayiş etdirdilər və faydalı rəylərə görə təşəkkür etdilər.