"Öyrənmə saatı 112"

Məktəbin inkişaf planına uyğun olaraq hər həftənin cümə günləri axşam saat 20:00 da “Öyrənmə saatı-112” adı altında müəllimlərin peşəkar inkişafını dəstəkləmək üçün görüş keçirilir.Yeddinci görüş “Təşkilati idarəetmə və müəllimlərin etik davranış qaydaları" mövzusuna həsr edilib. Məktəbin direktoru Ruhiyyə İbrahimova mövzuya keçmədən öncə beyin həmləsi etdi.Sonra isə görüşün mövzusu ətrafında diskusiya açdı və mövzuya uyğun təqdimat etdi. Görüşün birinci hissəsində təşkilati idarəetmə, ikinci hissəsində müəllimlərin etik davranış qaydaları müzakirə edildi. Mövzuya aid situasiya tapşırıqları icra edildi.Sonda yenə də müəllimlər fikir mübadiləsi etdilər. Görüşdə müəllimlər aktivlik nümayiş etdirdilər və faydalı rəylərə görə təşəkkür etdilər.