"Şagird Sahibkarlar "

Mart ayı ərzində akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə Günel Mustafayevanın təşkilatçılığı ilə “Şagird sahibkarlar” layihəsinin növbəti təlimləri həyata keçirilmişdir. Təlimlərdə Kiçik Akademiyanın üzvləri fəal iştirak etdilər. Təlimlərdə daha çox şagirdlərə “VinciBot Coding Robot” dəstindən düzgün istifadə qaydaları öyrədilmişdir. VinciBot müəllimlərin şagirdlərlə birgə real və innovativ həyat layihələrini qurmağa imkan verir və yüksək motivasiya ilə öyrənməyə həvəsləndirir.