"Mənim Məktəbim Mənim Evim"

Layihə Əsaslı Valideyn İclası….
Bu gün məktəbimizin ibtidai sinif müəllimi Baxışlı Vüsalə 3B sinif valideynləri ilə birlikdə “Mənim Məktəbim Mənim Evim” Layihəsi çərçivəsində, eləcə də "Ailəm və məktəbim" layihənin fəaliyyət planına uyğun olaraq iclas təşkil etmişdir. İclasda məktəbin direktoru Ruhiyyə İbrahimova, psixolqlar Afaq Hacılı Əliyeva və Üviyyə Səfərova, məktəbin təşkilatçısı Şəmsiyyə Aslanova, UBT rəhbəri Aynurə Məmmədova iştirak etdilər.
Məktəbin direktoru çıxış edərək bildirdi ki, bu tip maarifləndirici iclasların davamlı olması vacibdir.
Sonda “Gələcək Məktəbim “ Sorğusu keçirən Vüsalə müəllim valideynlərin iştirakı ilə gələcək məktəb arzularının əks olunduğu ürəkləri ağaca yapışdırıblar.