" Pıçıldayan yarpaqlar " adlı payız sərgisi

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin 1 C sinif rəhbəri İlahə Abdullazadə və sinif valideynlərinin birgə təşkilatçılığı ilə məktəbdə"Pıçıldayan yarpaqlar" adlı payız sərgisi keçirilmişdir.

Sərgidə müxtəlif növ yarpaqlardan hazırlanmış əl işləri nümayiş olundu. Sərginin təşkil olunmasında əsas məqsəd müəllim-valideyn münasibətlərini inkişaf etdirmək, şagirdləri payız fəslinin gözəllikləri ilə tanış etmək, onların yaradıcılıq qabiliyyətini yüksəltmək ,təsviri incəsənət və texnologiya dərslərinə marağı artırmaq, şagirdlərin təbiətə münasibətini həmçinin dünyagörüşünü formalaşdırmaqdır.

Sərgidə iştirak edən məktəb direktoru Ruhiyyə İbrahimova, direktor müavini Lətifə Mustafayeva və UBTR Aynurə Məmmədova sərginin təşkilini yüksək qiymətləndirdilər.

#PayızSərgisi

#Məktəb

#Müəllim

#ElmvəTəhsilNazirliyi

#MÜTDA

#BŞTİ

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi