Son zəng tədbiri
14.06.2019- cu il tarixində bütün məktəblərdə olduğu kimi bizim məktəbimizdə də "Son zəng" tədbiri keçirildi. 11 illik bərabərliyə son qoyan məzunlarımız son zənglərini çalaraq məktəb ilə vidalaşdılar. Məktəbimizin direktoru Esmira Məmmədova, tədbirdə qonaq qismində iştirak edən Gənclər İdman İdarəsinin sədri Rakif Əliyev və Maştağa Mədəniyyət Mərkəzinin metodisti Salman Bağırov və valideynlər məzunlarımızı təbrik edərək öz ürək sözlərini söylədilər və onlara gələcək həyatlarında uğurlar arzuladılar. Tədbirdə məzunlarımız çıxış edərək, müxtəlif səhnəciklər, rəqslər və musiqi parçaları səsləndirdilər.Biz də məzunlarımızı təbrik edib onlara tələbə adını qazanmağı arzu edirik!