Sağlam qidalanma ilə bağlı bufetdə yoxlama aparıldı
06.01.2025-ci il tarixində məktəbin rəhbərliyi və tibb bacısı tərəfindən sağlam qidalanmanın təşviqi məqsədilə məktəb bufetində yeyinti məhsullarının yoxlanışı həyata keçirdi. Yoxlama zamanı bufetdə satılan qidaların təravəti, gigiyenik standartlara uyğunluğu və sağlamlıq üçün yararlılığı diqqətlə qiymətləndirildi. Məqsəd şagirdlərin gündəlik istehlak etdikləri qidaların keyfiyyətini təmin etmək və balanslı qidalanmanı təşviq etməkdir. Həmçinin bufet işçilərinə sağlam qida seçimlərinin əhəmiyyəti barədə tövsiyələr verildi və şagirdlərin qidalanma mədəniyyətini inkişaf etdirmək üçün maarifləndirici söhbətlər aparıldı.