I siniflərin bayram sevinci
1950 ci ildən 1 İyun BMT-nin Baş Assambleyasının qərarı ilə Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi qeyd olunur. Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə məktəbin birinci sinif şagirdləri gözəl tədbir hazırlayaraq şagirdləri təbrik etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Məktəbin direktoru Esmira Məmmədova çıxış edərək bütün uşaqları bayram münasibətilə təbrik etdi. O, qeyd etdi ki, uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi qorumaq, sağlam vətənpərvər ruhda yetişməsində ailə ilə məktəbin üzərinə böyük yük düşür. Əziz valideynlər gəlin gələcəyimiz üçün ailəmizin məktəbimizin və sonda dövlətimizin adına layiqli tərbiyəli övladlar yetişdirək. Birincilər gözəl rəqsləri, maraqlı şeirləri ilə hamını heyrətləndirdilər. Balacalar qeyd etdilər ki, uşaqlar dünyanın sevincidir, onların fiziki və mənəvi cəhətdən böyüyüb boya başa çatması üçün dövlət və cəmiyyət, ailə, məktəb, böyük məsuliyyət daşıyır. Hər bir uşağın normal ailə şəraitində, sağlam, hər bir şeylə təmin olunmuş halda yaşamaq hüququ var. 18 yaşından aşağı heç bir uşağın təhsildən yayınma və yayındırılma hüququ yoxdur. Uşaqların hüquqları Beynəlxalq Uşaq Konvensiyası ilə qorunur.