Kiçik akademiyanın təsviri incəsənət fənninə həsr olunan iclası keçirildi
Məktəbdə fəallıq göstərən kiçik akademiyanın növbəti iclası baş tutub. Bu dəfəki iclasda təsviri incəsənət fənni üzrə istedadlı şagirdlərin hazırladıqları rəsm əsərləri təqdim olunub. Akademiyada Nuriyeva Aysel (8A), Məlikova Zeynəb (8B), Yusifova Nigar (8B), Babayeva Şəms ( 11B), Əliyeva NUranə (10A), Muradova Sevinc (9A), Fəttahova Aytən (9A), Quluzadə Fatimə (9C) təsvir etdikləri maraqlı kompozisiyaları təhlil edərək, müzakirə ediblər. Təsviri incəsənət müəllimi Pənahova Aybəniz "Nəsimi ili " çərçivəsində həyata keçirilən akademiyada şagirdlərin milli- mənəvi dəyərlərin qorunması, Azərbaycan ənənələrinin inkişaf etdirilməsi məqsədilə şagirdlərə məhz bu səpkidə tablolar yaratmağı tövsiyə etdiyini vurğuladı. Məktəbin direktoru Esmira xanım Məmmədova akademiya üzvlərinin çıxışlarını dinlədikdən sonra hər bir şagirdimizin yaratdığı əl işlərini yüksək qiymətləndirərək, gələcəkdə də uğurlarının davamlı olmasını arzuladı.