Valideynin məktəbdə bir günü
Bakı əhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən valideyn məktəb münasibətlərinin möhkəmləndirilməsi, valideynlərin məktəbə cəlb edilməsi məqsədilə "Valideynin məktəbdə bir günü" layihəsi keçirildi. Valideynlər övladlarının təhsil aldığı məktəblə yaxından tanış oldular. Onlar sinif otaqlarının, bufetin, kitabxananın, məktəb təmizliyinin, məktəbin idman meydançasının idman zalının vəziyyəti ilə tanış oldular. Eyni zamanda övladlarının təhsili ilə də onlara dərs deyən müəllimlərlə də maraqlandılar. Valideynlərin məktəb haqda fikirləri, təklifləri öyrənildi, deyilən nöqsanlar barədə ölçü götürüləcəyi ilə bağlı məlumat verildi.