"Fikir hərfləri" adlı tədbir keçirildi
Respublika Elmi Pedaqoji Kitabxanası və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə əməkdaşlığı çərçivəsində ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin formalaşdırılmasına dair keçiriləcək layihələrdən biri “Fikir hərfləri” adlı tədbir keçirildi.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər, I-IV sinif şagirdlərindən 20 nəfər iştirak edirdi. Tədbiri giriş sözü ilə məktəbin kitabxanaçıları Həsənova Natavan və Ələkbərova Ofella açaraq şagirdləri tədbir haqqında məlumatlandırdılar. Şagirdlər seçdikləri hərf üzərində həmin hərflə başlayan əşya, meyvə və s. aid maraqlı rəsmlər çəkdilər. Balacalar rəsmlərini bitirdikdən sonra həmin hərfə aid şeirlər söylədilər. Tədbirin sonunda tədbir iştirakçılarının hər birinə məktəbin direktoru Esmira Məmmədova tərəfindən təşəkkürnamələr təqdim edildi.