28 May- "Respublika Günü" nə həsr olunmuş rəssamlıq festivalında şagirdimizin növbəti uğuru

             Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 3 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və    Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Nəsimi ili" çərçivəsində "28 May - Respublika günü" nə həsr olunmuş rəssamlıq istedadına malik olan uşaqların yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq. uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzini təkmilləşdirmək, doğma el-obaya, Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə elan olunmuş "AZƏRBAYCANIM " II RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI May ayının 24- də səhər saat 10:00- da Xətai Rayon İcra Hakimiyyətinin həyətində açıq havada canlı şəkil çəkməklə - plenerlə başladı.Tədbiri Mədəniyyət Nazirliyinin Təsviri və tətbiqi sənət sektorunun müdiri Qalib Qasımov açaraq Festival iştirakçılarını salamladı və uşaqlarla keçirilən belə tədbirlərin əhəmiyyətindən danışdı. Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Xalq rəssamı Arif Hüseynov, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Pənah İmanov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov tədbir iştirakçılarına öz xoş arzularını dilədilər. Uşaqların müxtəlif rəqsləri ilə davam edən plener bitdikdən sonra Dövlət İncəsənət Muzeyinə səyahətlə davam etdi və sonda Xətai Sənət Mərkəzində uşaqların əsərlərinin qiymətləndirilməsi başladı. İstedadlı şagirdimiz Məlikova Zeynən (8B) təsvir etdiyi uğurlu kompozisiyaya görə DİPLOM və mükafata layiq görüldü.  "AZƏRBAYCANIM " II RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI bədii hissə ilə başa çatdı.   

  http://azpress.az/index.php?lang=az§ionid=news&id=89450

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi