28 May Respublika Günü münasibəti ilə şahmat yarışı
Məktəbimizdə 28 May Respublika Günü münasibəti ilə məktəb üzrə "şahmat yarışı" keçirilmişdir.Yarışda 3"C" sinif şagirdi Hüseynov Əziz, 4"B" sinif şagirdi Darışov Nəsrullah və 7"A" sinif şagirdi Əsgərli Nicat final turuna çıxmışlar. Turnirin nəticəsində Hüseynov Əziz bütün rəqiblərinə qalib gələrək kubok mükafatına layiq görülmüşdür. Balaca şahmatçımızı ürəkdən təbrik edərək ona uğurlar arzu edirik.