Ulu Öndərə həsr olunmuş yaradıcılıq sərgisində məktəbimiz iştirak etdi
Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş paytaxt məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdlərinin yaradıcılıq sərgisi keçirilib. Sərgidə məktəbimizin istedadlı şagirdlərinin əl işlərindən ibarət maraqlı kompozisiyalar nümayiş olunub. Bakı şəhəri üzrə 229 nömrəli tam orta məktəbdə təşkil olunan sərgidə BŞTİ - nin müdiri Rəşad Tağıyev, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, idarənin müvafiq struktur bölmə rəhbərləri, təhsil müəssisələrinin rəhbərləri, şagirdlər, valideynlər, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.