Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunmuş tədbirdə uğurumuz

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, tanınmış Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin 200 illiyi münasibətilə ölkə miqyasında silsilə tədbirlər həyata keçirilir. Sözügedən Sərəncam çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində “Mirzə Qədim İrəvani dövrü, mühiti və yaradıcılığı ” mövzusunda  tədbir keçirilib.
Tədbirdə çıxış edən muzeyin Təsviri materiallar fondunun müdiri, m.ü.f.d., dosent Nardanə Yusifova qeyd edib ki, Mirzə Qədim İrəvaninin Azərbaycan rəngkarlığının təşəkkülündəki əhəmiyyətli rolunu gələcək nəsillərə çatdırmaq olduqca vacib məsələdir.
Sonra muzeyin elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Fərhad Cabbarov, Qərbi Azərbaycan mövzusunun aktual olduğunu bildirərək belə tədbirlərin mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Digər çıxışçılar Mirzə Qədim İrəvani haqqında maraqlı faktları  diqqətə çatdırıblar.
Tədbirin sonunda Mirzə Qədim İrəvaninin əsərləri əsasında Bakı İncəsənət gimnaziyasının və 108 saylı orta məktəb şagirdlərinin əsərləri də nümayiş olunub.
Məktəbimizin istedadlı şagirdləri - D.Səbinə (XI b), Ə.Mədinə (Xa), K.Zəhra (lXç), A.Mədinə (lXc) Mirzə Qədim İrəvanənin yaradıcılığına aid kompozisiyalar təsvir etmişlər. Şagirdlərimiz və təsviri incəsənət müəllimimiz Pənahova Aybəniz Təşəkkürnamə ilə təltif ediliblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi