Azerance adlı şeir və musiqi gecəsi keçirildi

Hər il Frankofoniya Günləri bütün dünyada, fransızdilli ölkələrdə, eləcə də fransız dilinin tədris edildiyi və öyrənildiyi ölkələrdə, o cümlədən Azərbaycanda qeyd olunur.
Bu münasibətlə C. Nurməmmədov adına 108 nömrəli tam orta məktəbin fransız dili müəllimləri Sevda Kamal, Nərgiz Məmmədzadə və Şərqiyyə Rzayevanın təşkilatçılığı ilə Fransız dili və Azərbaycan dilinin sintezindən ibarət Azerance adlı şeir və musiqi gecəsi keçirildi. Şagirdlər müxtəlif səhnəciklər, mahnılar, şeirlər ifa edərək maraqlı çıxışlar etdilər. Daha sonra məktəbin direktoru Nəriman Məmmədzadə, təlim-tərbiyə işləri üzrə direktor müavini Zəhra Əkbərova, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Ilahə Quliyeva çıxış edərək müəllimlərin məktəbdə fransız dilinin tədrisi və şagirdlərin iştirakı barədə öz dəyərli fikirlərini və təşəkkürlərini bildirdilər, onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdilər. Sonda xatirə şəkli çəkildi.