KA-nın may ayında növbəti iclası keçirildi

STEAM aylığı çərçivəsində Kiçik Akademiyanın növbəti islası 28 may -Müstəqillik gününə və şagirdlərin STEAM dərsində əldə etdikləri bacarıqlara həsr olundu. KA-nın sədri Rəcəbova Könül çıxış edərək bildirdi ki, belə layihələr şagirdlərdə proqramlaşdırma və texnologiya sahələrinə dair bacarıqları formalaşdırır, yaradıcılıq və elmi-tədqiqat işlərinə marağı artırır. Daha sonra üzvlərin bu ayda gördükləri fəaliyyətləri təqdim etdi. İlk təqdimatla 8b sinif şagirdi Dəniz “Müstəqillik günü”nə həsr edilmiş layihə ilə çıxış etdi. O, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və əhəmiyyəti haqqında apardığı araşdırmanı təqdim etdikdən sonra, mayelərin sıxlığı təcrübəsi ilə üçrəngli Azərbaycan bayrağını hazırladı. 8a sinif şagirdi Aliyə “Bakının daş salnamısi” adlı layihəsində “Hökümət evi” haqqında təqdimatını təqdim etdi və Tinkercad proqramında hazırladığı maketi nümayiş etdirdi. Tarix kafedrasının üzvü olan 7c sinif şagird İsmayıl ”Osmanlı dövləti” haqqında adlı təqdimatı ilə çıxış etdi. 8a sinif şagirdləri Ehtiram və Tofiqin birlikdə hazırladıqları “Yolumuz işıqlı və təhlükəsiz olsun” layihəsində isə Arduino proqramında proqramlaşdırdıqları işıqfordakı ledlər növbə ilə yandı. Tahirin “İsti hava-sərin texnika” layihəsi ventilyatorların inkişaf tarixinə aid oldu. Onun hazırladığı ventilyator günəş paneli ilə işə düşdü. 7ç sinif şagirdi Minay isə “Natürmort janrı” haqqında video çarxı və çəkdiyi rəsmi nümayiş etdirdi. Sonda 8a sinif şagirdi İskəndərin “Epifiz vəzisi və melatonin” haqqında apardığı araşdırma dinlənildi.
Son olaraq məktəbin direktoru Nəriman müəllim və təlim-tərbiyə işləri üzrə müavin Zəhra müəllim çıxış edərək şagirdlərə təşəkkürlərini bildirdilər, gələcək yaradıcılıq və elmi-tədqiqat işlərinin davamlı olmasını arzu etdilər.