BSQ davam edir.

2025-ci tədris ilinin II yarımilinə aid Böyük Summativ Qiymətləndirmə mərhələsi 9, 10 və 11-ci siniflər üzrə davam edir. Növbəti həftə 4,5,6,7 və 8 ci siniflər üzrə Böyük Summativ Qiymətləndirmə mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Qiymətləndirmə prosesində şagirdlərin tədris ili ərzində qazandıqları bilik və bacarıqlar obyektiv şəkildə yoxlanılır. Müəllim heyətinin və məktəb rəhbərliyinin nəzarəti altında həyata keçirilən bu mərhələ, şagirdlərin il sonu nailiyyətlərinin qiymətləndirilməsində mühüm rol oynayacaq.