"Uşaqlarımızı Peyvənd Etdirək – Sağlam Gələcək Naminə!"

Məktəbdə “Xəstəliklərin erkən aşkarlanmasında dispanserizasiyanın rolu” mövzusunda şagirdlər və valideynlərin iştirakı ilə maarifləndirici görüş keçirildi. Tədbirdə məktəbin həkimi H.Dilarə tərəfindən uşaqlarda peyvəndin əhəmiyyəti, immunlaşdırmanın sağlamlıqdakı rolu, həmçinin dispanserizasiyanın erkən diaqnostikada verdiyi üstünlüklər barədə ətraflı məlumat verildi. Valideynlərlə açıq müzakirələr aparıldı, onların sualları cavablandırıldı və sağlam həyat tərzinin əsas prinsipləri vurğulandı. Tədbirin məqsədi valideyn və şagirdlərə profilaktik tibbi tədbirlərin əhəmiyyətini anlatmaq, gələcəkdə xəstəliklərin qarşısının alınmasına dair maarifləndirmə aparmaq idi.