May ayı üzrə şagird təhlükəsizliyi ilə bağlı yoxlamalar aparıldı

Məktəbdə may ayı ərzində şagirdlərin təhlükəsizliyi məqsədilə nəzarət tədbirləri həyata keçirildi. Tədbir çərçivəsində siniflərdə şagirdlərin çantaları yoxlanıldı, təhlükəsizlik qaydalarına zidd olan mobil telefonlar və digər artıq əşyalar aşkarlanaraq götürüldü. Bu yoxlamalar şagirdlərin məktəb daxilində qaydalara uyğun, diqqəti yayındırmadan və nizam-intizamlı şəkildə təhsil almalarını təmin etmək məqsədi daşıyırdı. Məktəb rəhbərliyi bu kimi nəzarət tədbirlərinin davamlı şəkildə aparılacağını bildirir və valideynləri də övladlarının məktəb qaydalarına əməl etmələri istiqamətində dəstək göstərməyə çağırır.