“Yeniyetmələrə yol hərəkəti təhlükəsizliyi və piyada mədəniyyətinin aşılanması” layihəsinin təqdimatı keçirilib

    Məktəbin pedaqoji kollektivi və rəhbərliyinin iştirakı ilə “Yeniyetmələrə yol hərəkəti təhlükəsizliyi və piyada mədəniyyətinin aşılanması” layihəsinin təqdimatı keçirilmişdir. Layihə rəhbəri Namiq Nəcəfov tədbir iştirakçılarına Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirilən bu layihənin məktəblilərin fərdi təhlükəsizliyində mühüm rol oynadığını xüsusi vurğulamışdır. Tədbirdə məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Zəhra Əkbərova, müəllimlər Aynur Rzayeva, Xırdaxanım Kazımova, Səhər Rəhimova, metodbirləşmə rəhbəri Şəhla Kazımova çıxış etmişlər. Onlar yeniyetmələrə piyada mədəniyyətinin aşılanması istiqamətindəki müşahidələrini bölüşmüş, valideynlərlə əməkdaşlığın gücləndirilməsini, mövzuya dair dərs vəsaitləri ilə yanaşı praktik rollu oyunların və vebinarların təşkili fikrini irəli sürmüşlər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi