“Təhlükəsizlik” və “Bullinq nədir?” mövzularında maarifləndirici söhbətlər aparıldı

    Məktəbin psixoloqu Bayramova Tükəzban və təşkilatçısı Quliyeva İlahənin təşəbbüsü ilə aprel ayı ərzində 1-dən 6-cı siniflərə qədər şagirdlərlə maarifləndirici söhbətlər keçirildi.

Tədbirlərin əsas məqsədi şagirdlərə şəxsi təhlükəsizlik, məktəb mühitində davranış qaydaları və xüsusilə də bullinq (zorakılıq) halları barədə məlumat vermək, onları bu hallardan qorunmaq üçün zəruri biliklərlə təmin etmək idi.

Söhbətlər interaktiv formada, qarşılıqlı diskussiya şəklində aparıldı. Şagirdlər onlara təqdim olunan mövzular ətrafında öz fikirlərini bölüşdülər, bullinqin formaları və qarşısını alma yolları haqqında məlumatlandırıldılar.

Bu cür maarifləndirici tədbirlər şagirdlər arasında psixoloji təhlükəsizliyin təmin olunması, sağlam ünsiyyət və empatiya bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi