108 nömrəli məktəbdə “Mülki Müdafiə Günü” qeyd olundu!

    Bakı şəhəri 108 nömrəli tam orta məktəbdə 2025-ci il üçün təsdiqlənmiş “Mülki Müdafiəyə hazırlıq üzrə illik tədbirlər planı”na əsasən “Mülki Müdafiə Günü” yüksək səviyyədə təşkil olunub. Tədbirdə məktəbin V–VI sinif şagirdləri və müəllim kollektivi iştirak ediblər. Siniflərdə fövqəladə hallarla bağlı maarifləndirici söhbətlər aparılıb, ilkin tibbi yardım və xilasetmə qaydaları praktiki şəkildə nümayiş olunub. Şagirdlər üçün əyani vəsaitlərdən ibarət maarifləndirici sərgi təşkil edilib. Həyəcan siqnalı ilə başlanan praktiki məşq zamanı məktəb heyəti və şagirdlər təxliyə planına uyğun olaraq təhlükəsiz zonaya çıxarılıb. Təxliyə prosesi fənn müəllimlərinin nəzarəti altında təşkil edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilərək kollektivə maarifləndirici təlimatlar izah edilib. Tədbirdə məktəbin Mülki Müdafiə rəhbəri Nəriman Məmmədzadə, qərargah rəisi İlahə Quliyeva və hərbi rəhbər Qafqaz Zeynalov çıxış edərək təxliyyə prosesinin təlimata uyğun və uğurla icra edildiyini vurğulayıblar. Tədris ili ərzində II, V və VI siniflərdə Mülki Müdafiəyə dair açıq dərslər də uğurla təşkil olunub. Tədbir zamanı üzə çıxan nöqsanların aradan qaldırılması üçün müvafiq təlimatlar verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi