Kiçik Akademiyanın növbəti iclası

Kiçik Akademiyanın apel ayı üçün növbəti iclası keçirildi. İclasda məktəbin direktoru Məmmədzadə Nəriman, təlim tərbiyə işləri üzrə müavin Əkbərova Zəhra, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Quliyeva İlahə, Uşaq birliyi rəhbəri Pənahova Aygün, KA-nın sədri Rəcəbova Könül və KA-nın üzvləri iştirak etdi. İlk sözə KA-nın sədri Rəcəbova Könül başladı. Üzvlərin bu ayda gördükləri fəaliyyətləri təqdim etdi. Belə ki, tarix kafedrasının üzvləri olan 7b sinif şagird Əlihüseyn”Səfəvilərin yürüşü”, 7ç sinif şagirdi Rəsul isə “Hökmdarlar” adlı təqdimatlarını təqdim etdilər. Kimya kafedrasının üzvü 8b sinif şagirdi Dəniz “Kalium permanqanatın rənglənməsi və oksigenin alınması” reaksiyası ilə çıxış etdi. Riyaziyyat kafedrasının üzvləri olan 8ç sinif şagirdi Rəhilə “8 rəqəminin sirri” adlı təqdimatında 8 rəqəminin sirrlərini açmağa çalışmış, 8b sinif şagirdi Aytac isə “Riyaziyyatda qızıl qayda” adlı təqdimatı ilə qızıl qaydanın təqdim olunduğu bütün sahələri araşdıraraq təqdimat hazırlamışdı. Danışıq klubunun üzvü 8a sinif şagirdi Aliyə rus dilində oxuduğu “Matilda” əsərinin təhlilini təqdim etdi. Onun toxuduğu Madilda fiquru hamı tərəfindən bəyənildi. “Kitab klubu”nun üzvləri olan İskəndər və Zemfiranın “Harry Poter: İşıq və qaranlıq arasında savaş” adlı təqdimatı hamı tərəfindən böyük maraqla qarşılandı. Onlar əsərin tam təhlilini etdi. STEAM dərsində hazırladıqları əl işləri isə alqışa səbəb oldu. Sonra məktəbin direktoru Nəriman müəllim və təlim-tərbiyə işləri üzrə müavin Zəhra müəllim çıxış edərək uşaqlara təşəkkürlərini bildirdilər, onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdilər. Sonda xatirə şəkil çəkildi.