"Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində müzakirə aparıldı

ETN və BŞTİ-nin 01.04.2025-ci il tarixli əmrinə əsasən "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində məktəbin tərbiyə işləri üzrə təşkilatçısı Quliyeva İlahə IV siniflərdə "Milli və mənəvi dəyərlərimiz" mövzusunda müzakirə apardı. Maraqlı diskussiya formasında keçən söhbətlər zamanı şagirdlər milli və mənəvi dəyərlərimiz barədə bildiklərini söylədi, bilmədiklərini öyrəndilər.