Monitorinq keçirildi

Məktəbimizdə 4-cü siniflər üzrə monitorinq imtahanları keçirildi. Monitorinqin əsas məqsədi şagirdlərin il ərzində qazandıqları bilik və bacarıqları obyektiv şəkildə dəyərləndirmək və gələcək tədris planlamasında bu nəticələrə əsaslanmaq idi.
Şagirdlər ana dili, riyaziyyat və digər əsas fənlər üzrə verilmiş tapşırıqları cavablandırdılar. Prosesi məktəb rəhbərliyi və müəllim heyəti yaxından izlədi. Şagirdlər imtahana böyük maraqla yanaşdılar və biliklərini nümayiş etdirmək üçün çalışdılar. Monitorinqin nəticələri valideynlərlə də paylaşılaraq hər bir şagirdin inkişaf istiqamətləri üzrə tövsiyələr veriləcək.