IX sinif valideyn iclası

11.04.2025-ci il tarixində məktəbimizdə IX sinif şagirdlərinin valideynləri ilə imtahan qabağı görüş keçirildi. Görüşün məqsədi şagirdlərin buraxılış imtahanlarına hazırlıq prosesi, qiymətləndirmə meyarları, psixoloji durum və valideyn dəstəyinin əhəmiyyəti barədə ətraflı məlumat vermək idi. İclas zamanı məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən imtahanların təşkili, qiymətləndirmə qaydaları, şagirdlərin mövcud nəticələri və diqqət yetirilməsi vacib olan məqamlarla bağlı valideynlərə ətraflı məlumat verildi. Psixoloq tərəfindən imtahan stressinin azaldılması, motivasiyanın artırılması və ailə mühitinin dəstəkləyici rolu haqqında tövsiyələr təqdim olundu. Eyni zamanda şagirdlərə peşə seçimində düzgün istiqamət yolları izah edildi. Sonda valdeyinlərin sualları cavablandırıldı.