Yeniyetmələrlə maarifləndirici görüş keçirildi

    01.04.2025–02.04.2025 tarixlərində məktəbimizin psixoloqu Bayramova Tükəzban və tibb bacısı Ağabəyli Zinyət tərəfindən 9-cu sinif şagirdləri ilə “Yeniyetmələrin sirrləri” mövzusunda görüş keçirildi. Görüş Reproduktiv sağlamlığa dair təlimata əsasən təşkil olunmuşdur. Maarifləndirici tədbir zamanı yeniyetməlik dövrünün psixoloji və fizioloji xüsusiyyətləri, sağlam həyat tərzinin önəmi, şəxsi gigiyena, düzgün informasiya əldə etməyin yolları və özünə hörmətin formalaşdırılması kimi mövzular əhatə olundu. Şagirdlərin fəal iştirakı ilə keçən görüş interaktiv sual-cavab formatında davam etdirildi. Belə tədbirlərin keçirilməsi yeniyetmələrin sağlam inkişafına dəstək olmaqla yanaşı, onların bu mövzularda maariflənməsinə də şərait yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi