Milli dəyərlərimizi qoruyaq

Milli – mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi , təhsilalanların bu dəyərlərlə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının tarixinin hərtərəfli öyrənilməsi, şagirdlərdə yaradıcı düşünmə meyillərinin gücləndirilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.04.2025-ci il tarixli 3-29-59/3-2-150F/2025-nömrəli əmri 2025-ci ildə “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində məktəbimizdə təşkil olunan bu maraqlı layihə çərçivəsində şagirdlərimiz öz musiqi bacarıqlarını nümayiş etdirdilər. Müxtəlif musiqi alətlərində ifalar, şagirdlərin həm istedadını, həm də milli dəyərlərə bağlılığını əks etdirdi. Tədbirdə musiqi alətləri haqqında məlumat verildi, onların tarixçəsi və xalqımızın mədəniyyətindəki yeri vurğulandı. Xüsusilə musiqi müəllimimiz Ruhan Quliyevin kamança ilə şagirdlərlə birgə ifası tədbirə xüsusi rəng qatdı. Milli ruhu yaşadan gənclərimizlə fəxr edirik!