"Ehtiyacdan Əməyə, Əməkdən Biliyə" Yarışı – Novruz Ruhunda Maraqlı Yarışma

    18.03.2025-ci il tarixində Texnologiya aylığı çərçivəsində  “Ehtiyacdan əməyə, əməkdən biliyə” adlı Novruz mövzulu yarış keçirilib. Yarışın keçirilməsində məqsəd öz milli xüsusiyyətləri ilə zəngin olan Novruz bayramının adət-ənənələrini yaşatmaq, gələcək nəsillərə ötürməkdən ibarət olub. Tədbirdə məktəbin direktoru M.Nəriman, təlim-tərbiyə izləri üzrə Ə.Zəhra, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Q.İlahə, metodbirləşmə sədri P.Aybəniz iştirak edib. Məktəbimizin texnologiya müəllimi  Rəcəbova Könülün rəhbərliyi və təşkilatçılığı ilə həyata keçirilən bu yarışda VIII-IX sinif şagirdlərindən ibarət olan 9 komanda öz bilik və bacarıqlarını sınayıb. R.Könül müəllim çıxış edərək  bildirib ki, Novruz bayramı Azərbaycan xalqının ən mühüm və sevimli bayramlarından biridir. UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil edilmiş Novruz bayramı yalnız təbiət hadisələrinin simvolu olmaqla qalmır, həm də Azərbaycan xalqının birlik, bərabərlik və qarşılıqlı sevgi içində yaşamağa təşviq edən bir bayramdır. Bu bayram, insanları ailələrinə yaxınlaşdırır, dostluq və qardaşlıq münasibətlərini gücləndirir. Daha sonra komandalar Kohoot proqramı üzərindən  Novruz haqqında biliklərini sınayıblar. Yarışın ikinci və üçüncü mərhələsində isə komandalar şəkərbura naxışlayıb, novruz yumurtaları bəzəyiblər. Komandalar çox böyük həvəs və coşqu ilə yarışda iştirak edib. Yarış bayram əhval-ruhiyəsi ilə bitib. Sonda qalib komandalar mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi