Məktəbimizdə Novruz Bayramı sevinci

Məktəbimizdə Novruz Bayramı böyük coşqu və sevinclə qeyd olundu. Xüsusilə ibtidai sinif şagirdləri bayramın ab-havasını hiss edərək maraqlı çıxışlar nümayiş etdirdilər.
1A sinfinin rəhbəri Aslanova Aynurun və 3D sinif rəhbəri Rzayeva Aynurun rəhbərliyi ilə Novruz Bayramına həsr olunmuş gözəl bir tədbir keçirildi. Balaca şagirdlər bayramın rəmzlərini canlandıraraq şeirlər söylədilər, maraqlı səhnəciklər nümayiş etdirdilər və rəqslərlə tədbirə rəng qatdılar.
Novruzun ruhunu yaşadan bu tədbir həm şagirdlər, həm də müəllimlər üçün unudulmaz anlar yaratdı. Kiçik fidanlarımızın çıxışları hər kəsin qəlbini fəth etdi.
Məktəbimizin direktoru Nəriman Məmmədzadə çıxış edərək bütün şagirdləri və müəllimləri bu gözəl bayram münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı. Novruzun ruhunu yaşadan bu tədbir hər kəsin yaddaşında xoş xatirələrlə iz buraxdı.