"Pi " Günü

    Mart ayının 14-ü bütün dünyada riyaziyyat həvəskarları "Pi" Gününü qeyd edirlər. Bu əlamətdar gün münasibəti ilə məktəbin riyaziyyat fənn müəllimləri tərəfindən riyaziyyat aylığı çərçivəsində xüsusi intellektual yarış təşkil olundu. Yarışda VIII sinif şagirdlərindən ibarət komandalar iştirak edirdilər. Komandalar Kahoot proqramı vasitəsi ilə təqdim olunan maraqlı riyaziyyat suallarını cavablandırdılar. Sonda qalib olan "Pi"  komandası diplomla təltif edildi. Digər komandalara isə riyaziyyat fənn müəllimləri tərəfindən hədiyyələr təqdim edildi. Yarışda iştirak edən məktəbli "riyaziyyatçılar" həm biliklərini sınadılar, həm də əyləncəli anlar yaşadılar. 
Əziz riyaziyyatçılar  və riyaziyyat həvəskarları "Pi" Gününüz mübarək !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi