“Baharın Rəngləri”: Şagirdlərin Rəsm Sərgisi

    Baharın təravətini, Novruzun ruhunu və təbiətin oyanışını əks etdirən rəngarəng rəsmlərdən ibarət genişmiqyaslı sərgi məktəbimizin 5–11-ci sinif şagirdlərinin yaradıcılığını nümayiş etdirir.

Məktəbimizin təsviri incəsənət müəllimi Pənahova Aybənzinin rəhbərliyi və təşkilatçılığı ilə həyata keçirilən bu sərgi təsviri incəsənət aylığı çərçivəsində təşkil olunan ənənəvi tədbirlərdən biridir. Burada şagirdlərin Novruzun gəlişi, çərşənbələrin ritualları, bahar mənzərələri və milli adət-ənənələrimizdən ilhamlanaraq yaratdıqları əsərlər nümayiş olunur. Foyemizdə qurulan bu genişmiqyaslı sərgi məktəbimizin yaradıcı şagirdlərinin istedadını üzə çıxarmaqla yanaşı, onların incəsənətə olan sevgisini və dünyagörüşünü də əks etdirir. Şagirdlər müxtəlif texnikalardan – akvarel, pastel, qrafika və qarışıq üsullardan istifadə edərək Novruzun və baharın gözəlliyini rənglər vasitəsilə canlandırıblar.

    Bu sərgi hər kəsi baharın sehrini duymağa, Novruzun ab-havasını incəsənət dili ilə hiss etməyə dəvət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi