Kiçik Akademiyada Gənc Rəssamların Yaradıcılıq təqdimatı Keçirildi

    Təsviri incəsənət və texnologiya aylığı çərçivəsində məktəbimizin Kiçik Akademiyası bu dəfə təsviri incəsənət fənni üzrə istedadlı şagirdlərin yaradıcılığına həsr olunmuş tədbir təşkil etdi.

Tədbir Kiçik Akademiyanın rəhbəri, Rəcəbova Könül müəllimənin açılış nitqi ilə başladı. O, Akademiyanın məqsədi, istedadlı şagirdlərin inkişafı üçün yaradılan imkanlar və bu platformanın onların yaradıcılıq bacarıqlarını üzə çıxarmaq istiqamətində gördüyü işlər barədə danışdı. Daha sonra təsviri incəsənət fənni üzrə kafedra rəhbəri Pənahova Aybəniz müəəlimə çıxış edərək, bu dəfəki iclasın əsas istiqamətini təqdim etdi.

Şagirdlər bu dəfə “Rənglərin Bahar Oyanışı” mövzusunda Avropa rəssamlığının şah əsərləri ilə improvizasiya və sintez edərək, öz bənzərsiz əsərlərini ərsəyə gətirdilər. Onlar Vincent Van Gogh-un “Ulduzlu Gecə”, “Çiçəklənən Badam Ağacı”, Leonardo da Vinci-nin “Mona Liza”, Jan Vermeer-in “Mirvari Sırğalı Qız”, Tahir Salahov, Səttar Bəhlulzadənin və başqa rəaaamların məşhur tablolarından ilhamlanaraq, bu sənət nümunələrini bahar motivləri ilə birləşdirdilər. Klassik rəssamların üslubu ilə müasir baxış bucağını sintez edən gənc rəssamlar, ənənəvi kompozisiyalara yeni nəfəs verərək, onları fərdi yaradıcılıq üslubları ilə zənginləşdirdilər. Gənc rəssamlarımızın təqdim etdiyi əsərlər onların yalnız texniki bacarıqlarını deyil, həm də fərdi dünyagörüşünü, rəng duyumunu və incəsənətə olan özünəməxsus yanaşmalarını əks etdirdi.

Məktəbimizin istedadlı şagirdləri - D.Səbinə (11b), A.Mədinə (9c), D.Hacıbala (9c), X.Xədicə (9c), K.Zəhra (9ç), M.Fatimə (9ç), Ə.Zəhraxanım (9b), H.Fatimə (9b), Q.Mədinə (8b), Q.Nərminə (8b), A.Aliyə (8a), N.Minay (7c) öz işlərini böyük həvəslə təqdim etdilər. Onların çəkdikləri rəsmlər müxtəlif texnikalarda —kətan üzərində yağlı boya, akril, akvarel və s. işlənmişdi. 
Hər bir əsər gənc rəssamların incəsənətə olan həssas yanaşmasını, texniki ustalıqlarını və qeyri-adi baxışlarını əks etdirirdi. 
Tədbirdə məktəbimizin direktoru M.Nəriman, T.T.D.M. Ə.Zəhra, təşkilatçı Q.İlahə və Kiçik Akademiyanın rəhbəri R.Könül m. iştirak edərək gənc istedadların işlərini yüksək qiymətləndirərək, onların bu istiqamətdə daha da inkişaf etmələri üçün dəstək göstəriləcəyini bildirdilər. 
Məktəb rəhbərliyi belə tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini vurğuladı və Kiçik Akademiyanın fəaliyyətinin istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rol oynadığını qeyd etdi.
Bu tədbir bir daha sübut etdi ki, Kiçik Akademiya şagirdlərin yalnız biliklərini deyil, həm də yaradıcılıq potensiallarını inkişaf etdirmək, onların daxili dünyasını rənglər və ifadələrlə göstərmək üçün möhtəşəm bir platformadır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi