5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idman həftəsi keçirildi

5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə məktəbimizdə İdman Həftəsi təşkil olundu. Həftə çərçivəsində şagirdlərin idmana marağını artırmaq və sağlam həyat tərzini təbliğ etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirildi.
Sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbiri keçirildi.
Rəsm müsabiqəsi təşkil olundu, şagirdlər idmanla bağlı yaradıcılıqlarını nümayiş etdirdilər.
Ən sürətli qaçış yarışı keçirilərək şagirdlərin fiziki hazırlığı sınaqdan keçirildi.
Səhər gimnastikası ilə günə enerjili başlanıldı.
“Olimpiya oyunları uşaqların gözü ilə” mövzusunda şagirdlər kağız və plastilindən maraqlı əl işləri hazırladılar.
Bu həftə idman və sağlam həyat tərzinin əhəmiyyətini vurğulamaqla yanaşı, şagirdlərə maraqlı və faydalı anlar yaşatdı.