Məktəbdə Təsviri İncəsənət və Texnologiya Aylığına Start Verildi

    Mart ayı çərçivəsində məktəbimizdə Təsviri İncəsənət və Texnologiya aylığına start verildi. Aylıq boyunca şagirdlərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, onların estetik dünyagörüşünü formalaşdırmaq və müxtəlif texnikalarla tanış olmalarını təmin etmək məqsədilə bir sıra tədbirlər və sərgilər təşkil olunacaq.

Bu çərçivədə keçirilən ilk sərgi 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olundu. Şagirdlər bu əlamətdar gün münasibətilə “Anaya sevgi”, “Qadın gözəlliyi”, “Ana təbiət” və digər mövzularda rəsmlər çəkdilər. Onların işlərində qadın zərifliyi, ana sevgisi və baharın təravəti rənglərin dili ilə əks olundu. Şagirdlər akvarel, yağlı boya, quru fırça, qarışıq texnika və qrafik təsvirlər kimi müxtəlif üsullardan istifadə edərək, öz yaradıcılıq bacarıqlarını nümayiş etdirdilər.

Sərgidə şagirdlərin yüksək maraq və həvəslə işlədikləri rəsmlər sərgilənərək müəllimlər və valideynlər tərəfindən böyük rəğbətlə qarşılandı. Təsviri İncəsənət və Texnologiya aylığı çərçivəsində növbəti həftələrdə də müxtəlif yaradıcılıq tədbirləri  təşkil ediləcək.

Bu aylıq, şagirdlərə incəsənətin dərinliklərini kəşf etməyə və öz bacarıqlarını inkişaf etdirməyə imkan yaratmaqla yanaşı, onların dünyaya baxışını daha rəngarəng etməyə töhfə verəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi