Sağlam həyat tərzi ilə bağlı maarifləndirici tədbir

Məktəbimizin həkimi Həsənova Dilarə tərəfindən 4, 5, 7 və 8-ci sinif şagirdləri üçün sağlam həyat tərzinin təbliğinə həsr olunmuş maarifləndirici görüş keçirildi. Tədbirin məqsədi şagirdlərə sağlam qidalanma, fiziki aktivlik, gigiyena qaydaları və zərərli vərdişlərdən uzaq durmağın vacibliyi barədə məlumat vermək idi. Dilarə Məmmədova şagirdlərə düzgün qidalanma vərdişləri, şəxsi gigiyena qaydaları və idmanın sağlamlığa müsbət təsiri haqqında geniş məlumat verdi. Həmçinin, sağlam həyat tərzinin məktəb mühitində və gündəlik həyatda tətbiq olunmasının vacibliyi vurğulandı. Şagirdlər müzakirələrdə fəal iştirak edərək suallar verdilər və sağlam həyat tərzi ilə bağlı maraqlı məsləhətlər aldılar. Bu kimi tədbirlərin onların bilik və vərdişlərinin inkişafına müsbət təsir edəcəyi qeyd olundu.