2025-ci il konstitusiyası və suverenlik ili çərçivəsində esse müsabiqəsi keçirildi.

2025-ci ilin "Konstitusiya və Suverenlik ili" elan olunması ilə əlaqədar məktəbimizdə müxtəlif maarifləndirici tədbirlər davam edir. Bu çərçivədə 10-cu sinif şagirdləri arasında esse müsabiqəsi təşkil olundu.
Müsabiqənin məqsədi şagirdlərin hüquqi biliklərini artırmaq, onların vətənpərvərlik ruhunu möhkəmləndirmək və suverenliyimizin əhəmiyyəti barədə düşüncələrini ifadə etmələrinə şərait yaratmaq idi. Şagirdlər Konstitusiyanın rolu, vətəndaş hüquq və vəzifələri, dövlətin müstəqilliyi və suverenlik anlayışını öz fikirləri və baxışları ilə qələmə aldılar. Yarışın sonunda ən yaxşı esselər seçilərək müəllimlər tərəfindən qiymətləndirildi və qaliblər mükafatlandırıldı. Məktəb rəhbərliyi və müəllimlər bu kimi tədbirlərin şagirdlərin hüquqi maarifləndirilməsi baxımından vacib olduğunu vurğuladılar. Esse müsabiqəsində iştirak edən bütün şagirdlərimizi təbrik edir, onlara gələcək bilik yarışlarında uğurlar arzulayırıq!