21 Fevral – Beynəlxalq Ana Dili Günü

Bu gün 3B sinif şagirdləri 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə maraqlı tədbir təşkil etdilər. Sinif rəhbəri Fidan Qasımovanın rəhbərliyi ilə keçirilən tədbirdə şagirdlər ana dilimizin zənginliyi və qorunmasının vacibliyi haqqında çıxış etdilər, şeirlər söylədilər və müxtəlif təqdimatlar etdilər. Tədbirin sonunda fəal iştirak edən şagirdlərə təltifnamələr təqdim olundu. Bu cür tədbirlər şagirdlərdə ana dilinə sevgi və hörmət hissini daha da artırır.